Macarıstan iqtisadiyyatı son 20 ilin ən güclü rüblük artımını göstərib

Macarıstan iqtisadiyyatı son 20 ilin ən güclü

Macarıstan iqtisadiyyatı birinci rübdə 0,8% artaraq 2003-cü ilin üçüncü rübündən bəri ən yüksək rüblük artım göstəricisini qeydə alıb. Bu barədə statistika idarəsinin açıqladığı ilkin qiymətləndirmədə bildirilir.

Göstərici analitiklərin 0,6% səviyyəsində olan proqnozlarını üstələyib. İllik ifadədə isə iqtisadi artım 1,7% təşkil edib ki, bu da 2024-cü ildən bəri ən sürətli temp hesab olunur.

Statistika qurumu hələlik ətraflı sektor bölgüsü təqdim etməsə də, yaydığı məlumatda xidmət sektorunun bəzi sahələrində güclü artımın qeydə alındığı vurğulanır. Sənaye sektoru da uzun müddət davam edən zəiflikdən sonra artım nümayiş etdirib.

MONERTAR.AZ