Milli Məclis bərabər əməkhaqqı ilə bağlı dəyişiklikləri qəbul edib

Milli Məclis bərabər əməkhaqqı ilə bağlı dəyişiklikləri

Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı ödəmək öhdəliyi daha konkret şəkildə müəyyənləşdirilir.

Bu məsələ Azərbaycan Respublikasının Milli Məclisinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, işəgötürən işçilərin cinsindən asılı olmayaraq, eyni və ya fərqli olsa da, dəyərinə görə bərabər hesab edilən işlərə görə onlara bərabər əməkhaqqı ödəməlidir. İşin dəyəri isə əmək şəraiti, funksiyanın xarakteri, həmçinin qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulan tarif və ixtisas göstəriciləri nəzərə alınmaqla müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.