ABŞ-da işsizlik müraciətləri 1969-cu ildən bəri ən aşağı səviyyəyə düşüb

ABŞ-da işsizlik müraciətləri 1969-cu ildən bəri

ABŞ-da ilkin işsizlik müavinətinə müraciətlərin sayı kəskin azalaraq son onilliklərin minimum səviyyəsinə enib. Son açıqlanan məlumatlara görə, aprelin 25-də bitən həftə üzrə ilkin müraciətlər əvvəlki həftə ilə müqayisədə 26 min azalaraq 189 minə düşüb. Bu göstərici 1969-cu ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb və bazar gözləntiləri olan 215 min göstəricisindən xeyli aşağıdır.

Davam edən müraciətlər də azalmıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 23 min azalaraq 1 milyon 785 minə enib ki, bu da son iki ilin ən aşağı səviyyəsidir. Analitiklər davam edən müraciətləri ABŞ-da ümumi işsizlik vəziyyətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirirlər.

Maraqlıdır ki, MetaNike kimi iri şirkətlər tərəfindən işçi ixtisarları elan olunsa da, yeni müraciətlərin aşağı səviyyədə qalması əmək bazarının dayanıqlığını göstərir.

Ekspertlərin fikrincə, bu göstəricilər ilin əvvəlində müşahidə olunan qısamüddətli zəifləmə siqnallarına baxmayaraq, ABŞ-da əmək bazarının hələ də güclü olduğunu təsdiqləyir.

MONETAR.AZ