14 dollar bahalaşdı, 15 dollar ucuzlaşdı

14 dollar bahalaşdı,

Cümə axşamı günü Brent markalı neftin qiyməti gün ərzində 126 dollara qədər yüksəlib. Bu, açılışda qeydə alınan 111 dollar səviyyəsindən ciddi artım deməkdir. Lakin günün sonunda qiymətlər yenidən  110 dollar ətrafında formalaşıb.

Ekspertlər bildirirlər ki, İsrailABŞ tərəfindən İrana qarşı fevralın sonlarında başlanan hərbi əməliyyatlardan sonra bölgədə dəniz daşımaları ciddi şəkildə məhdudlaşıb. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən 27 faizi məhz bu strateji boğazdan keçir.

İlk zərbələrdən dərhal sonra neft qiymətlərində təxminən 10 faizlik artım qeydə alınıb. On gün ərzində Brent neftinin qiyməti 108 dollara çataraq 2022-ci ilin avqustundan sonra ilk dəfə 100 dollar həddini keçib. Son pik göstərici isə 2022-ci ilin yazından, yəni Rusiya-Ukrayna müharibəsi sonrası enerji böhranından bəri ən yüksək səviyyə hesab olunur.

Analitiklərin hesablamalarına görə, davam edən münaqişə nəticəsində qlobal neft təchizatının təxminən 20 faizi pozulub. Bu göstərici hətta Süveyş böhranı dövründə qeydə alınan rekorddan iki dəfədən çoxdur.

Mütəxəssislər qeyd edirlər ki, bölgədə sabitliyin bərpa olunmaması halında enerji bazarlarında volatillik davam edəcək və qiymətlər üzərində təzyiq qalacaq.

MONETAR.AZ