Huawei yeni Wi-Fi X router modelini satışa çıxarıb. Qurğunun qiyməti 2499 yuan (təxminən 350 ABŞ dolları) təşkil edir. Bu modelin ən fərqləndirici xüsusiyyəti onun dizaynıdır. O, açılmış vəziyyətdə cihaz “X” hərfini xatırladır.
Məlumat ötürmə sürəti yükləmə (download) üzrə saniyədə 5,3 giqabitə, göndərmə (upload) üzrə isə 1 giqabitə qədər çatır. Korpus üzərində yerləşən kiçik ekranda saat, batareyanın səviyyəsi, siqnal gücü və qoşulmuş cihazların sayı göstərilir.
Router 12 000 mA·saat tutumlu batareya ilə təchiz olunub. Qurğunun daxilində siqnalı bütün istiqamətlərdə qəbul edib ötürən 16 anten yerləşdirilib.
MONETAR.AZ