Apple yubiley iPhone üçün ekran texnologiyasını dəyişə bilər

Apple yubiley iPhone üçün ekran texnologiyasını

Digital Chat Station şirkətinin bir məlumatında Apple şirkətinin Samsung ilə danışıqlar apardığı və qütbləşdirici təbəqə olmadan displeylərin təqdim edilməsi imkanlarını araşdırdığı bildirilir.

Söhbət polarizasiya qatının olmadığı displeylərdən gedir. Bu texnologiya bir neçə üstünlük vəd edir: enerji sərfiyyatını azaldaraq batareya ömrünü uzada bilər və ekranın maksimal parlaqlığını artırmağa imkan verə bilər. Bundan əlavə, belə ekranlarda polarizasiya təbəqəsi olmadığı üçün günəş eynəyi ilə baxış zamanı görüntünün görünmə problemi də aradan qalxa bilər.

Paralel olaraq Apple bütün dörd kənarında yüngül əyilmə olan yeni tip ekranı da sınaqdan keçirir. Bu dizayn əvvəlki “şəlalə (waterfall)” tipli kəskin əyri ekranlardan fərqli olaraq daha yumşaq və praktik formaya malikdir.

Məlumata əsasən, bu texnologiyalar şirkətin yubiley modeli olacaq yeni iPhone üçün hazırlanır və gələcək nəsil cihazların dizaynında mühüm dəyişikliklərə səbəb ola bilər.

MONETAR.AZ