Azərbaycan Dövlət Neft Şirkəti SOCAR ilə Ukraynanın Ukrnafta şirkəti arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
SOCAR-dan verilən məlumata görə, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəf ilə “Ukrnafta”nın baş icraçı direktoru Sergey Koretski arasında keçirilən görüş zamanı baş tutub.
Görüş çərçivəsində Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, SOCAR-ın Ukraynadakı fəaliyyətinin müsbət nəticələr verdiyi qeyd edilib.