Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara

Qurumdan bildirilib ki, piyadaların vurulmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər və maarifləndirici işlər davam etdirilir. Qeyd olunub ki, yol hərəkəti iştirakçıları arasında ən həssas qrup piyadalardır və onların şəxsi məsuliyyəti həyati əhəmiyyət daşıyır.

Xüsusilə çoxzolaqlı yollarda və yüksək sürət rejiminin tətbiq olunduğu ərazilərdə piyadaların müəyyən olunmamış yerlərdən yolu keçməsi ciddi təhlükə yaradır. Bildirilib ki, ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qaydaların pozulması nəticəsində baş verir.

“Əziz piyadalar, sizi bir daha həyatınızı riskə atmamağa, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyə, diqqətli və məsuliyyətli olmağa çağırırıq. Yolda təhlükəsizlik hər birimizdən başlayır”, deyə müraciətdə qeyd olunub.