Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin test imtahanı keçirilib

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin

Dövlət İmtahan Mərkəzi tərəfindən 26 aprel 2026-cı il tarixində taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün növbəti test imtahanı keçirilib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb. Taksi sürücüsü olmaq istəyənlər üçün həmçinin Bərdə və Gəncə şəhərlərində də imtahan keçirilib.

İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub.

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27 və 28 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.