Kütləvi tətil Samsung çip istehsalına zərbə vurub

Kütləvi tətil Samsung çip istehsalına

Cənubi Koreyada yerləşən Samsung müəssisələrində istehsal göstəriciləri əməkdaşların kütləvi tətili səbəbindən ciddi şəkildə azalıb. İşçilər əməkhaqlarının artırılmasını tələb edirlər.

Məlumata görə, cümə axşamından cüməyə keçən gecə növbəsində Pxenthek sənaye kompleksində müqavilə əsasında istehsal olunan mikrosxemlərin həcmi 58% azalıb. Eyni zamanda yaddaş çiplərinin istehsalı 18% aşağı düşüb. Bu azalma tətil aksiyalarında iştirak edən işçilərin əhəmiyyətli hissəsinin növbəyə çıxmaması ilə izah olunur.

Həmkarlar ittifaqı bildirir ki, müəssisələr 24 saatlıq rejimdə üç növbə ilə fəaliyyət göstərir və növbələrdən birinin dayanması ümumi istehsala birbaşa təsir edir. Digər növbələrin yüklənməsinin artırılması hesabına qismən kompensasiya mümkün olsa da, hazırkı göstəricilər qısamüddətli məhsuldarlıq azalmasını əks etdirir.

Şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməkdən çəkinib və həmkarlar ittifaqının səsləndirdiyi rəqəmləri nə təsdiq, nə də təkzib edib. Əgər danışıqlarda irəliləyiş əldə olunmasa, ittifaq mayın 21-dən etibarən uzunmüddətli tətilə başlama ehtimalını istisna etmir.

Tətilə 30 mindən çox əməkdaş qoşulub. Onlar şirkətin proqnozlaşdırılan əməliyyat mənfəətinin 15%-nin işçilərə ayrılmasını tələb edirlər. Pul ifadəsində bu məbləğin 40 trilyon vona (təxminən 27 milyard dollar) çatacağı və hər bir işçi üçün 400 min dollara qədər ödəniş demək olduğu qeyd olunur.

MONETAR.AZ