Qazaxıstan Respublikasının dövlət istiqrazları 2027-ci ildən etibarən beynəlxalq hesablaşma sistemi olan Euroclear platformasında istifadə olunan qiymətli kağızlar siyahısına daxil ediləcək. Bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Bildirilir ki, sistemə qoşulma yerli infrastrukturla birbaşa əlaqə (direct link) modelinə əsasən həyata keçiriləcək. Bu addım xarici investorların Qazaxıstanın dövlət istiqrazları ilə əməliyyatları qlobal hesablaşma-depozitar infrastrukturu vasitəsilə birbaşa aparmasına imkan verəcək.
Hazırda mövcud olan beynəlxalq xətt — Clearstream ilə paralel olaraq, yeni mexanizm investorlar üçün daha geniş və rahat çıxış təmin edəcək.
Xatırladaq ki, ötən ilin dekabrında Avrasiya İnkişaf Bankı (EABR) ilə bağlı bəzi vəsaitlərin blokdan çıxarılması barədə məlumat yayılmışdı. Həmin vəsaitlər əvvəllər Rusiya mənşəli hesab edilərək dondurulmuşdu, lakin sonradan Qazaxıstandakı layihələrin həyata keçirilməsi üçün istifadə olunub.