2026-cı ilin birinci rübündə Cənubi Koreya iqtisadiyyatı gözləntilərdən daha sürətlə artıb. Buna əsasən süni intellekt sənayesindən artan tələbin fonunda yarımkeçiricilərin ixracının sabit qalması səbəb olub.
Cümə axşamı açıqlanan ilkin rəsmi məlumatlara görə, ÜDM illik ifadədə 3,6% artaraq proqnozlaşdırılan 2,7%-i üstələyib. Bu göstərici 2020-ci ilin üçüncü rübündən bəri Cənubi Koreyada qeydə alınan ən yüksək iqtisadi artım tempi hesab olunur.
Rüblük ifadədə isə ÜDM 1,7% artıb ki, bu da gözlənilən 0,9%-dən xeyli yüksəkdir.
Artımın əsas hərəkətverici qüvvəsi ixrac olub. Xüsusilə yarımkeçirici məhsulların ixracı, əsasən süni intellekt sənayesində xarici tələbin artması hesabına güclənib. Bundan əlavə, sənaye avadanlıqları, elektronika və optik avadanlıqların ixracında da artım qeydə alınıb.
Bununla belə, özəl istehlakın artımı zəif olaraq qalıb və cəmi 0,5% təşkil edib. Xidmət sektoru və nəqliyyat sahəsi də ümumi artımdan geri qalıb.
Birinci rüb üzrə ÜDM artımının böyük hissəsi məhz yarımkeçiricilər hesabına təmin olunub ki, bu da Cənubi Koreya iqtisadiyyatının mikroçip istehsalçılarından asılılığının artdığını göstərir.
Yaxın illərdə ölkə iqtisadi çətinliklərlə üzləşə bilər, çünki bu sektor xarici tələbdəki dəyişikliklərə həssasdır. Bundan əlavə, İranla bağlı müharibə səbəbindən enerji bazarında və dəniz daşımalarında mümkün pozuntuların da mənfi təsir göstərəcəyi gözlənilir.
MONETAR.AZ