Dünyanın ən böyük 15 müdafiə büdcəsi

Dünyanın ən böyük 15

2025-ci ildə dünyanın 15 ən böyük müdafiə büdcəsinə malik ölkələrinin ümumi hərbi xərcləri tarixdə ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını ötüb. Bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu məlumat yayıb.

Hesabata əsasən, qlobal müdafiə xərcləri ümumilikdə 2,6 trilyon dollara çataraq rekord səviyyəyə yüksəlib. Bu artım geosiyasi prioritetlərin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir.

Siyahıya liderliyi 921 milyard dollarla ABŞ edir. Bu göstərici növbəti səkkiz ölkənin ümumi hərbi xərclərini üstələyir.

İkinci yerdə 251,3 milyard dollarla Çin qərarlaşıb. Üçüncü sırada isə 186,2 milyard dollarla Rusiya yer alır.

  1. ABŞ – 921,0 milyard dollar
  2. Çin – 251,3 milyard dollar
  3. Rusiya – 186,2 milyard dollar
  4. Almaniya – 107,3 milyard dollar
  5. Böyük Britaniya – 94,3 milyard dollar
  6. Hindistan – 78,3 milyard dollar
  7. Səudiyyə Ərəbistanı – 72,5 milyard dollar
  8. Fransa – 70,0 milyard dollar
  9. Yaponiya – 58,9 milyard dollar
  10. Ukrayna – 44,4 milyard dollar
  11. Cənubi Koreya – 43,8 milyard dollar
  12. İtaliya – 40,1 milyard dollar
  13. İsrail – 39,7 milyard dollar
  14. Avstraliya – 37,3 milyard dollar
  15. Polşa – 33,2 milyard dollar

Hesabatda qeyd olunur ki, xüsusilə Avropa ölkələrində müdafiə xərcləri sürətlə artır. NATO üzvləri 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırmağı planlaşdırır.

MONETAR.AZ