Nikel qiymətləri İndoneziya faktoruna görə iki ilin maksimumuna yüksəlib

Nikel qiymətləri İndoneziya faktoruna görə iki ilin

Bu güb nikelin qiyməti son iki ilə yaxın dövrün ən yüksək səviyyəsinə çatıb. Bu artım əsasən ən böyük istehsalçı olan İndoneziyadan tədarüklə bağlı narahatlıqlar və metal istehsalı üçün vacib olan kükürd çatışmazlığı ilə əlaqələndirilir.

London Metal Birjasında nikelin baza qiyməti Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə 2,3% artaraq hər ton üçün 19 445 dollara yüksəlib. Gün ərzində qiymət 19 470 dollara qədər qalxıb ki, bu da 2024-cü ilin iyunundan bəri ən yüksək göstəricidir.

İndoneziya cari il üçün nikel filizi hasilatına RKAB adlanan kvota tətbiq edərək onu 260–270 milyon ton səviyyəsində müəyyən edib. Bununla belə, FINI tərəfindən qiymətləndirilən tələb 340–350 milyon ton təşkil edir. Bu isə istehsal kvotaları ilə bazar ehtiyacları arasında ciddi fərq yaradır və qiymətlərin artmasına təzyiq göstərir.

MONETAR.AZ