Son 24 saat ərzində əsasən yük gəmilərindən ibarət təxminən 7 gəmi Hörmüz boğazından keçib. Bu bugün gəmiçilik məlumatları göstərib. İraq və İran arasında ABŞ-la aparılan diplomatik danışıqların isə dalana dirəndiyi bildirilir.
Gəmilər arasında İraq limanlarından çıxan və İranın bir limanından yola düşən bir yük gəmisi də olub. Məlumatlar Kpler və peyk müşahidə analitikası ilə məşğul olan SynMax tərəfindən təqdim edilib.
Münaqişə və qeyri-sabit atəşkəs dövründən əvvəl bu dəniz yolundan gündə orta hesabla təxminən 140 gəmi keçirdi. Lakin hazırkı göstəricilər həmin səviyyədən xeyli aşağıdır.
Gəmiçilik məlumatlarına əsasən, bu gün də axın əvvəlki günlərdəki kimi zəif qalıb.
Bundan əlavə, TankerTrackers.com analizi göstərir ki, ABŞ qüvvələri tərəfindən yönləndirilən 6 tanker, təxminən 10,5 milyon barrel İran neftini daşıyaraq son günlərdə geri qaytarılıb və yenidən İran istiqamətinə yönləndirilib. Həmçinin 24 aprel tarixində təxminən 4 milyon barrel İran neftinin ABŞ blokadasını keçərək hərəkət etdiyi qeyd olunub.
MONETAR.AZ