Microsoft Windows 11-də problemi etiraf edib

Microsoft Windows 11-də problemi

Microsoft şirkəti Windows 11 əməliyyat sistemində “Fayl Məzmunu” (File Explorer / “Проводник”) bölməsində sürüşdürmə zamanı yaranan axıcılıq problemini təsdiqləyib. Bu barədə Windows Latest məlumat yayıb.

Məsələ ondadır ki, “Qalereya” rejimində fayllar hamar şəkildə göstərildiyi halda, digər qovluqlarda sürüşdürmə zamanı görüntüdə fasilələr və “kəsilmələr” müşahidə olunur. Bu fərq uzun müddətdir bəzi istifadəçiləri narahat edirdi.

Windows Shell məhsul bölməsinin rəhbəri Tali Roth bu vəziyyəti izah edərək bildirib ki, “Qalereya” bölməsi WinUI 3 platforması üzərində qurulub və bu sistem animasiya, sürüşdürmə və görüntü göstərilməsini daha axıcı idarə edir. Digər qovluqlar isə köhnə “sətir-sətir göstərmə” arxitekturasından istifadə edir.

Onun sözlərinə görə, “Fayl Məzmunu” kimi mürəkkəb çoxsəviyyəli sistemi tamamilə yeni platformaya bir anda keçirmək mümkün deyil.

Qeyd edək ki, daha əvvəl Windows 11 sistemində KB5083769 yeniləməsi səbəbilə bəzi kompüterlərin sonsuz yenidən başlama dövrünə düşməsi kimi ciddi problemlər də qeydə alınmışdı.

 

MONETAR.AZ