88 milyon manatın büdcəyə qaytarılması təmin edilib

88 milyon manatın büdcəyə qaytarılması

Bu ilin birinci rübündə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 49 təşkilatda nəzarət tədbirləri yekunlaşdırılıb. 

Nazirlikdən bildirilib ki, həyata keçirilən yoxlamaların 27-si hüquq-mühafizə orqanlarının qərarları əsasında, 22-si isə plandankənar qaydada aparılıb.

Hesabat dövründə nəzarət tədbirləri nəticəsində 83,7 milyon manat vəsaitin dövlət büdcəsinə bərpası təmin olunub. Bundan əlavə, ilkin maliyyə nəzarəti tədbirləri sayəsində 2,6 milyon manat vəsaitin israfının qarşısı alınıb.

MONETAR.AZ