Azərbaycanın ən çox sığorta haqqı yığan şirkətləri

Azərbaycanın ən çox sığorta haqqı
31 İyul 2025 10:01

2025-ci ilin birinci yarımilinin yekunlarına görə, Azərbaycanın sığorta bazarı 817 milyon manat həcmində sığorta haqqı toplayıb.

"Paşa Həyat Sığorta" ASC 390,8 milyon manatlıq yığımla bazarın mütləq lideri olaraq qalır. Bu, ümumi bazarın təxminən 47,8%-i deməkdir. Reytinqin ikinci pilləsində qərarlaşan "Paşa Sığorta" ASC isə 182,3 milyon manatlıq yığımla bazarın 22,3%-nə nəzarət edir. Beləliklə, bu iki şirkət birlikdə bütün bazar yığımlarının 70%-dən çoxunu təmin edir.

İlk beşlikdə qərarlaşan digər şirkətlər "Atəşgah Həyat" (57,4 milyon manat), "Qala Sığorta" (49,9 milyon manat) və "Atəşgah" (30,6 milyon manat) olub.

Növbəti 5 şirkətini yığımları 10-20 milyon manat arası, qalan şirkətlərin yığımalrı isə 10 milyon manatdan aşağı olub.

MONETAR.AZ


Oxşar xəbərlər