O boyda Çörçill bundan geyinir, bu hələ fikirləşir

O boyda Çörçill bundan geyinir,
1 Avqust 2025 12:11

Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin şəxsi eynəkləri Paul Fraser Collectibles adlı kolleksiya diləri tərəfindən satışa çıxarılıb. Şirkətin saytında verilən məlumata görə bu eynəklər Çörçillin Böyük Britaniyanın baş naziri olduğu ikinci müddətdə istifadə etdiyi, tısbağa qabığı çərçivəli dairəvi eynəklərdir.

Eynəklər, 1954-cü ildə məşhur "CW Dixey & Son" şirkəti tərəfindən şəxsən Çörçill üçün hazırlanmış və bu günə qədər əla vəziyyətdə saxlanılıb. Kolleksiya dileri tərəfindən vurğulanıb ki, bu nadir əşya, yalnız öz tarixi əhəmiyyətinə görə deyil, həm də orijinal qutusu və istehsalçının təsdiq məktubu ilə birlikdə satışa təqdim olunur.

Eynəklərin qiyməti 59,9 min funt sterlinq (təxminən 134 598 manat) olaraq müəyyən edilib. Bu qiymət təkcə Çörçillin tarixi irsi və şəxsi əşyalarının dəyərini deyil, həm də kolleksiya əşyaları bazarında bu cür nadir tapıntıların qiymətini əks etdirir.

Eynəklərin satışa çıxarılması Çörçillin irsini yaşadan kolleksiyaçılar və tarixi əşyalarla maraqlananlar üçün mühüm bir fürsət olaraq qiymətləndirilir.

 

MONETAR.AZ


Oxşar xəbərlər