Romantik görüşün ölkələr üzrə qiyməti

Almaniyanın Deutsche Bank bankı dünya üzrə ölkələrdə romantik görüşün orta qiymətini araşdırıb. Araşdırmada geyim, nəqliyyat, yemək, içki və əyləncə xərcləri nəzərə alınıb.
Nəticələrə görə, ən bahalı romantik görüş İsveçrənin Cenevrə şəhərindədir. Orada iki nəfərin münasib qiymətli görüşü təxminən 471 dollar tutur. Son 5 ildə qiymətlər 29,4 faiz artıb.
Daha sonra İsveçrənin Zürih (462 dollar), Danimarkanın Kopenhagen (397 dollar), Norveçin Oslosu (378 dollar) və Böyük Britaniyanın London (368 dollar) şəhərləri romantik görüş üçün ən bahalı şəhərlərdir.
Fransa paytaxtı Paris 18-ci, Almaniyanın Berlini isə 24-cü yerdədir.
Türkiyə isə bu siyahıda 49-cu yerdədir. İstanbulda iki nəfərin münasib qiymətli romantik görüşü 192 dollar təşkil edir. Türkiyədə qiymətlər son 5 ildə 76,5 faiz artıb.