Gümüşün qiyməti ilə bağlı proqnozlar açıqlandı

23 İyul 2025
00:42
Gümüş qiyməti bu həftə 39,05 dollara qalxaraq tarixi rekord vurdu. Bu yüksəlişdən sonra investorlar ilin sonuna qədər qiymətlərin necə dəyişəcəyini öyrənmək istəyir. Bir sıra tanınmış bank və investisiya şirkətləri 2025-ci ilin sonu üçün gümüşün qiyməti ilə bağlı proqnozlarını bölüşüblər.
Ən son proqnozlar belədir:
-
Citigroup – 42 dollar
-
JP Morgan – 39,3 dollar
-
Westbank Banking – 39,9 dollar
-
MPS Capital Services – 38 dollar
-
Commerzbank və Standard Chartered – 37 dollar
-
Peel Hunt – 35 dollar
-
Market Risk Advisory – 34,8 dollar
-
Panmure Liberium – 33,5 dollar
-
ING – 31,5 dollar
MONETAR.AZ