Emin Ağalarov: “Sea Breeze”dəki kazino Avropanın ən böyük kazinosu olacaq

Emin Ağalarov: “Sea Breeze”dəki kazino
1 Avqust 2025 10:16
“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəliyyət göstərəcək kazino barədə məlumat verib.
    Ağalarovun sözlərinə görə, bu, Avropanın ən böyük kazinosu olacaq.

    O qeyd edib ki, ərazisi 90 min kvadratmetrdən çox olan kazino xarici turistləri Azərbaycana cəlb edəcək, yüksək maaşlı iş yerləri yaradılacaq.

    Burada 100-dən çox oyun stolu və 1500-dən çox oyun avtomatı olacaq. Kazinoda həmçinin dünyanın müxtəlif ölkələrindən 3-5 min qonağın iştirak edəcəyi beynəlxalq poker turnirləri də keçirilə biləcək.

    Məlumata görə, yalnız bir kazino daxili bazarda ildə 150 milyon dollardan çox pul xərcləyəcək.

    “Bu sahədə böyük planlarımız var və mən sizinlə vizuallaşdırmalarımızı, qlobal ideyalarımızı paylaşıram. Bu layihəni reallaşdırmaq üçün bütün təsdiq və icazə mərhələlərini gözləyirik”, – Ağalarov qeyd edib (Qafqazinfo).


    Oxşar xəbərlər