ADNSU-nun milyonluq tenderini vergi borcu olan şirkət udub

ADNSU-nun milyonluq tenderini
25 İyul 2025 12:28

2eft və Sənaye Universiteti” Publik Hüquqi Şəxsin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universiteti (AFU) üçün tədqiqat avadanlıqlarının satın alınması məqsədi ilə elan edilən açıq tenderin qalibi bəlli olub.

“PostMedia” xəbər verir ki, müsabiqənin qalibi “Nimpex” MMC olub.

Tender üzrə ehtimal olunan məbləğ 1 milyon 58 min 842 manat 42 qəpik, təklifin qiyməti isə 728 min 498 manat 96 qəpikdir.

Seçilən şirkət bu məbləğin qarşılıında ADNSU-ya 16 adda mal və xidmətlərin göstərilməsini təmin edəcək.

Qeyd edək ki, 6 min 771 manat 85 qəpik vergi borcu olan “Nimpex” MMC-nin qanuni təmsilçisi Əliyev Natiq Cabir oğludur.

Xatırladaq ki, “Nimpex” şirkəti ADNSU-nun bundan öncə də keçirdiyi tenderlərin qalibi olub.

Əlavə edək ki, Natiq Əliyevə məxsus oxşr dlı "Nimpeks" MMC-nin dövlət büdcəsinə 24 min 479 manat 1 qəpik vergi borcu var.


Oxşar xəbərlər