Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

Bakıda 10 qat bahasına satılan qarpız Salyanda sahədə qalıb

Bakıda 10 qat bahasına satılan qarpız
9 İyul 2025 09:43

Salyan rayonunda qarpız sahələri məhsulsuz qalıb, fermerlər isə böyük çətinliklərlə üzləşib.

Təsərrüfat sahibləri bildirirlər ki, yay aylarının qeyri-normal keçməsi qarpıza olan tələbatı kəskin şəkildə azaldıb. Nəticədə demək olar ki, qarpız alan yoxdur. Alıcılar bostanlara həvəssiz gəlir, yetişmiş məhsullar isə sahələrdə qalıb.

Fermerlərin sözlərinə görə, mövsümün əvvəlində bostanlarda su qıtlığı yaşandığı üçün məhsulun böyük hissəsi xırda qalıb. Çətinliklə suvarma və becərmə işlərini başa vuran fermerlər, indi də hazır məhsulu sata bilmirlər. Bu vəziyyət onların maddi vəziyyətinə ciddi təsir göstərir.

Salyanlı fermer Fariz Ağayev problemin ciddiliyini belə ifadə edib: "Zəhmətimiz yerdə qalır. Qiymətin aşağı düşməsi, bazarda tələbatın olmaması bizi çıxılmaz vəziyyətə salıb. İndi qarpız sahədə qalır, yığıb bazara aparsaq belə, heç zəhmət haqqımızı çıxara bilmirik."

Təsərrüfat sahibləri qeyd edirlər ki, qarpız tağlarının əksəriyyəti artıq solmağa başladığından yetişmiş məhsul təcili olaraq toplanmalıdır. Əks halda, bir neçə gün də belə davam etsə, yetişmiş məhsullar tamamilə zay olacaq və fermerlərin zərəri daha da artacaq.

Hazırda Salyanda qarpızın topdansatış qiyməti 5-10 qəpik arasında dəyişir. Lakin paytaxt Bakıda eyni qarpızın pərakəndə satış qiyməti 40-50 qəpik təşkil edir.

MONETAR.AZ


Oxşar xəbərlər