Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb

Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı
11 İyul 2025 11:41
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Cənubi, Şərqi Asiya və MDB ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə elan olunan tender müsabiqəsi ləğv edilib.

Ehtimal olunan qiyməti 1.141.737,32 AZN olan satınalma müsabiqəsi 13 fevral 2025-ci il tarixində elan olunmuşdu. Təkliflərin təqdim olunması və zərflərin açılışı 2 aprel 2025-ci il, saat 17:00-da nəzərdə tutulmuşdu.

Agentlik tərəfindən planlaşdırılan xidmətlər aşağıdakı ölkələrdə təbliğat və şəbəkələşmə tədbirlərini əhatə edirdi:

  • Hindistan, Pakistan, Özbəkistan, Qazaxıstan, Belarus, Cənubi Koreya, İndoneziya, Sinqapur və Malayziyada yol şouları (B2B tədbirlər)
  • Hindistanda seminarlar və şəbəkələşmə görüşləri

Lakin tenderin nəticəsi olaraq təqdim edilən təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadığı üçün qiymətləndirmə mümkün olmayıb və satınalma proseduru 36.1.2-ci maddəyə əsasən rəsmən ləğv edilib.

Qanunvericiliyə əsasən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsi bildirir ki, əgər təqdim olunan təkliflərdən heç biri satınalma predmeti üzrə hazırlanmış şərtlər toplusunun tələblərinə cavab vermirsə, həmin tender müsabiqəsi etibarsız sayılır və ləğv edilir.

MONETAR.AZ


Oxşar xəbərlər