Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

Yanacaq satışı statistikasında diqqətdən qaçan məqam - satış, yoxsa tarif artıb?

Yanacaq satışı statistikasında diqqətdən qaçan məqam
10 İyul 2025 16:17

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,834 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə  7,5 % çoxdur. 

Orta hesabla hər ay Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 305,6 milyon manat, hər gün isə orta hesabla 10,131 milyon manat xərcləyir.

Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6,2% təşkil edib. 

Burada maraqlı bir məqam var. Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artırılıb.

Tarif Şurasının Katibliyindən verilən məlumata görə, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Başqa sözlə,  ötən il benzin 10 faiz, dizel yanacağı 25 faiz artırıldı.

Bu artımlar ilin ikinci yarısından tətbiq olundu. Yəni ötən ilin ilk yarısı ilə müqayisə apararkən bu amil nəzərə alınmalıdır. Bu il yanacaq istehlakçıları benzin və dizeli artımlı tariflə alırlar. Belə olanda ötən ilin eyni dövrü ilə müqayisədə yanacağa 17,2 faiz daha çox vəsaitin xərclənməsi  heç də təkcə tələbatın artması ilə bağlı deyil burada tarif dəyişikliyi diqqətdən qaçıb.

MONETAR.AZ 


Oxşar xəbərlər