Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

Düyünün qiyməti qlobal maliyyə sistemini sarsıda bilərmiş

Düyünün qiyməti
8 İyul 2025 17:27

Yaponiyada yüksələn düyü qiymətləri ölkəni qida böhranı ilə yanaşı, siyasi və qlobal maliyyə riskləri ilə üz-üzə qoyub. 

İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına gör, 2023-cü ilin yayındakı həddindən artıq istilər və yanlış kənd təsərrüfatı siyasətləri düyü istehsalını kəskin azaldıb, nəticədə qiymətlər bir ildə 2 dəfəyə yaxın artıb.

Artan qiymətlər Baş Nazir Şigeru İşibanın iyul ayında keçiriləcək seçkilər öncəsi mövqeyini zəiflədib. Mütəxəssislər xəbərdarlıq edir ki, hökumətin dəyişməsi dünyanın ən borclu ölkəsi olan Yaponiyanın istiqraz bazarında ciddi sarsıntılara səbəb ola bilər. Bu isə domino effekti yaradaraq qlobal maliyyə sisteminə yayıla biləcək bir böhranın başlanğıcı ola bilər.

ABŞ-ın Yaponiyaya Amerika düyüsü idxal etməsi üçün təzyiq göstərməsi də vəziyyəti daha da gərginləşdirir. Bu, iki ölkə arasında ticarət müharibəsinə çevrilə biləcək ciddi gərginlik mənbəyidir. Vətəndaşlar artıq düyü əvəzinə daha ucuz alternativlərə yönəlir, hökumətin müdaxilələrini isə seçki öncəsi "makiyaj" hesab edirlər.

Mütəxəssislər düyü böhranının sadəcə bir qida problemi olmadığını, siyasi sabitlikdən tutmuş qlobal maliyyə sisteminə qədər geniş təsir dairəsinə malik olduğunu vurğulayırlar.

MONETAR.AZ


Oxşar xəbərlər