Tramp 7 ölkəyə yeni tariflər tətbiq etdi

ABŞ-ın prezidenti Donald Tramp çərşənbə günü “Truth Social” hesabından Filippin, Bruney, Moldova, Əlcəzair, İraq, Liviya və Şri Lankaya ünvanlanmış yeni tarif məktublarını yayımladı. Bu, daha əvvəl 14 ölkəyə göndərilən analoji məktublardan sonra ikinci addımdır.
Məktublarda qeyd olunur ki, 1 avqustdan etibarən bu ölkələrə müvafiq tarif dərəcələri tətbiq ediləcək. Tramp, hər hansı bir cavab tədbiri olarsa, bu dərəcələrin arta biləcəyini vurğulayıb. O, tariflərin ölkələrlə münasibətlərə bağlı olaraq dəyişdirilə biləcəyini də əlavə edib.
Tətbiq olunacaq tarif dərəcələri:
-
Filippin üçün 20 %
-
Bruney və Moldova üçün 25 %
-
Əlcəzair, İraq, Liviya və Şri Lanka üçün 30 %
Tramp tariflərin hesablanması üçün "illər boyu ABŞ-a necə davranıldığına, ticarət kəsirlərinə və xam rəqəmlərə əsaslandığını" bildirib. Braziliyaya qarşı da yaxın zamanda yeni tariflərin elan ediləcəyi gözlənilir.
MONETAR.AZ