Pakistan rəqəmsal pul buraxmağa hazırlaşır

Pakistan Mərkəzi Bankı rəqəmsal pul vahidi üçün pilot layihənin tətbiqə başlamağa hazırlaşır.
Pakistan Mərkəzi Bankının sədri Camil Əhməd verdiyi açıqlamada, rəqəmsal pul üçün pilot tətbiqə hazırlaşdıqlarını və virtual aktivləri tənzimləyən qanunvericiliyi artıq tamamladıqlarını bildirib.
Pakistanın bu təşəbbüsü Çin, Hindistan, Nigeriya və bəzi Körfəz ölkələrindəki tənzimləyicilərin rəqəmsal valyutaları sınaqdan keçirmək və ya dövriyyəyə buraxmaq üçün atdığı oxşar addımlara uyğundur. Bu dünya üzrə mərkəzi bankların rəqəmsal valyutalara olan marağının davamlı olaraq artdığını və gələcəkdə pul sistemlərinin rəqəmsallaşma istiqamətində inkişaf edəcəyini göstərir. Bu cür pilot proqramlar rəqəmsal valyutaların potensialını və risklərini real şəraitdə dəyərləndirməyə imkan verir.
MONETAR.AZ