Azərbaycanda barama istehsalı 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azalıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 155,8 ton barama istehsal olunub.
Müqayisə üçün qeyd edək ki, eyni dövrdə yun istehsalı 3,4% azalaraq 14,1 min ton təşkil edib.
Heyvandarlıq məhsulları arasında ət istehsalı 2,5% artaraq 504,5 min tona, yumurta istehsalı isə 0,9% artaraq 1 milyard 993,1 milyon ədədə çatıb.
Süd istehsalı 1 milyon 883,9 min ton olmaqla ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.