Bakıda dövlət binalarının təmiri üçün 6 milyonluq tender

6 Avqust 2025
10:47
Bakı şəhərində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri üçün böyük bir tender elan edilib. Sifarişçi "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC-dir.
Müsabiqənin ehtimal olunan qiyməti 5 milyon 991 min 685 manat 85 qəpik təşkil edir ki, bu da təxminən 6 milyon manata yaxındır. Tender "Binalara cari və əsaslı təmir işləri" kateqoriyasına aiddir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 2025-ci il sentyabrın 3-ü, saat 17:00-a qədər təqdim edə bilərlər. Zərflərin açılışı da eyni tarixdə və saatda baş tutacaq.
MONETAR.AZ