Fransanın iri mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir

Fransanın iri mühəndislik şirkəti
6 Avqust 2025 10:59

İctimai nəqliyyat və mobillik həlləri üzrə ixtisaslaşmış dünyanın aparıcı mühəndislik və konsaltinq qruplarından biri olan "SYSTRA Group" Azərbaycan bazarını tərk edir.

Marja.az xəbər verir ki, "SYSTRA SA ŞİRKƏTİ"nin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 97, mənzil 46 ünvanına bildirə bilərlər.

"SYSTRA SA ŞİRKƏTİ"nin Azərbaycan Respublikasındakı filialı 2010-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınmışdı.

SYSTRA SA (Systra) dizayn, mühəndislik və konsaltinq xidmətləri göstərir. SYSTRA-nın baş ofisi Fransanın Paris şəhərində yerləşir.


Oxşar xəbərlər