Tütün yoxdursa, siqaret nə ilə hazırlanır?

17 İyun 2025
15:01
2025-ci ilin ilk 5 ayında Azərbaycanda tütün istehsalı 786,8 ton təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,2 faiz azdır.
Hesabat dövründə hazır məhsul ehtiyatı 663 ton olub.
Tütn istehsalı azalsa da siqaret və siqarların istehsalı 6,8 faiz artıb. bu müddətdə 5,9 milyard ədəd siqaret istehsal olunub.
Belə görünür ki, tütün xammalının böyük hissəsi artıq xaricdən idxal edilə bilər. Yerli istehsal azalsa da fabriklər fəaliyyətini davam etdirmək üçün xammalı başqa ölkələrdən alırlar. Yaxud 663 ton hazır məhsul ehtiyatı var və ola bilər ki, istehsal bu ehtiyat hesabına saxlanılıb.
MONETAR.AZ