Bu il sənaye zonalarında 2500-dən çox avtomobil buraxılıb

Bu il sənaye zonalarında
6 Avqust 2025 16:23

2018-ci ildən 2025-ci ilin I yarısı da daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 518 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. 

 Təkcə cari ilin 6 ayı ərzində Hacıqabul Sənaye Parkında 59 milyon manatlıq --1928 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 16,6 milyon manatlıq 1165 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 80% artıb.

 Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar”, “JAC”, “Bestune” və s. markalı avtomobillər istehsal edilib.

MONETAR.AZ


Oxşar xəbərlər