“İrşad”-ın taktikası - çox satılanlara kiçik, az satılanlara böyük endirimlər

“Yaşıl Cümə” kampaniyası çərçivəsində “İrşad” mağazalar şəbəkəsində və onlayn platformalarında ev və şəxsi istifadə üçün elektronikadan məişət texnikasına, smartfonlardan, aksesuarlara qədər yüzlərlə məhsulda 70 faizədək böyük endirimlər tətbiq olunur.
Alıcılara təqdim edilən xüsusi şərtlər çərçivəsində məhsulların endirimli qiymətini 6 aya FAİZSİZ və KOMİSSİYASIZ bölmək, həmçinin taksit kartları ilə 6 ay FAİZSİZ ödəmək imkanı mövcuddur. Kampaniya çərçivəsində təqdim olunan bəzi məhsullar və endirimlər:
Tefal Optiss tərəzi – 70 faizi endirimlə: 69.99 AZN əvəzinə 20.99 AZN
Ardesto saç feni – 70 faiz endirimlə: 59.99 AZN əvəzinə 17.99 AZN
iPhone 16 Pro Max 256 GB – 630 AZN endirimlə: 3519.99 AZN əvəzinə 2889.99 AZN
Samsung S25/128GB – 400 AZN endirimlə: 1999.99 AZN əvəzinə 1599.99 AZN
AUX kondisioner – 350 AZN endirimlə: 1049.99 AZN əvəzinə 699.99 AZN
Faizlə ifadə etsək;
-
Tefal Optiss tərəzi 70,01 %
-
Ardesto saç feni 70,01 %
-
iPhone 16 Pro Max 256 GB 17,91 %
-
Samsung S25/128GB: 20 %
-
AUX kondisioner: 33,37 % endirimlə satılacaq.
Göründüyü kimi yüksək tələbatın olduğu məhsullara kiçik, nadir hallarda alınan məhsullara böyük endirimlər edilir.
Yüksək tələbatı olan məhsullara kiçik endirimlər bazarda sabit və güclü mövqe tutan məhsulların qiymətinin qorunmasını təmin edir. Böyük endirimlər isə az tələbatlı və ya artıq köhnəlmiş məhsullara tətbiq olunur. Bu yanaşma satıcıların stoklarını təmizləmək, köhnə modellərdən qurtulmaq və yeni məhsullar üçün yer açmaq məqsədilə istifadə etdikləri bir taktika ola bilər.
MONETAR.AZ