Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən şəxslər üçün noyabrın 18-də imtahan keçirəcək.
Monetar.az xəbər verir ki, imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətləri vasitəsilə əldə edə bilərlər.
Bunun üçün namizədlər elektron imtahan xidmətinə daxil olaraq müvafiq bölmədən buraxılış vərəqəsini çap etməlidirlər.
İmtahana gələn şəxslər şəxsiyyətlərini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Bu sənədlərdən hər hansı biri olmadıqda və ya təqdim edilən sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.