Azərbaycanda universitetlərdə oxuyan əcnəbilərin sayı 7,7 mini ötüb

Azərbaycanda universitetlərdə oxuyan

Azərbaycanda ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsində təhsil alan xarici vətəndaşların sayı 2025/2026-cı tədris ilinin əvvəlində 7 716 nəfərə çatıb.

Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, bu göstərici 2024/2025-ci tədris ilində 7 472 nəfər olub.

Beləliklə, bir il ərzində Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı 244 nəfər və ya təxminən 3,3% artıb.

Xarici tələbələrin 1 306 nəfəri MDB ölkələrinin, 6 410 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

MDB ölkələri arasında Azərbaycanda ən çox tələbəsi olan ölkə Rusiya Federasiyasıdır. Bu ölkədən gələn tələbələrin sayı 943 nəfər təşkil edib. Gürcüstandan 872, Qazaxıstandan 97, Ukraynadan 69, Tacikistandan 62, Türkmənistandan isə 54 tələbə Azərbaycanda ali təhsil alır.

Qeyd edək ki, 2010/2011-ci tədris ilində Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı 4 723 nəfər olub. Son 15 ildə bu göstərici təxminən 63,4% artıb.