Azərbaycanda 2025-ci ildə məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb.
Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, bu halların 53 577-si dövlət, 1 868-i isə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin payına düşüb.
Xəstələnmə hallarının əsas hissəsini qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları təşkil edib. Bu kateqoriya üzrə 32 694 hal qeydə alınıb.
Bundan başqa, uşaqlar arasında 15 810 kəskin tonzillit (angina), 595 bakterial dizenteriya, 532 pnevmoniya və 184 skarlatina halı qeydə alınıb.
Statistikada bədbəxt hadisə, zəhərlənmə və zədələnmə halları da əks olunub. Bu kateqoriya üzrə 81 hadisə qeydə alınıb.