Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur.
Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 230.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Hesablamalara görə gün ərzində əhali alkoqollu içki və tütün məmulatlarına orta hesabla 7,2 milyon manatdan çox pul xərcləyir.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.