Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

Bu şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırıldı

Bu şəxslərin pensiyaya çıxma yaşı
8 İyul 2025 18:03

Prokurorluqda qulluq keçmənin yaş həddi artırılır və bu, son yaş həddi kimi müəyyənləşdirilir.

Valyuta.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

Təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının son yaş həddi 65 yaş olacaq.

Həmçinin prokurorluq işçisi prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdıqda prokurorluq işçisinin qulluq keçməsinə xitam veriləcək.

Bundan əlavə, mövcud qanunvericiliyə əsasən, məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər və bu halda onlarla müsahibə aparılır. Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.

Təklif edilən dəyişikliyə əsasən, prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar müsahibədən keçdikdən sonra veriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Oxşar xəbərlər