Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı Azərbaycanda qızıl istehsalı 60 faiz artıb Şirkət müştərilərini “Trendyol”a etiraz etməyə çağırdı Azərbaycan iqtisadiyyatı 1,5 % artıb Azərbaycanda neçə nəfər muzdla işləyir? Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat nazirini qəbul edib “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq Bakıda 1 kvadratmetri 3500 manata torpaq satılır Agentliyin 9 ölkədə şou təbliğatı ilə bağlı tenderi baş tutmayıb Çinin Sian limanında ilk dəfə Azərbaycanın nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı

İpoteka kreditlərinin maksimal məbləğinin artırılmasına ehtiyac yoxdur

İpoteka kreditlərinin maksimal məbləğinin
9 İyul 2025 11:52

Bu gün İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlərin maksimal məbləğinin (150 min manat) artırılmasına zərurət yoxdur.

Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.

"Hazırda kreditlərin orta məbləği 102 min manatdır. Bu göstərici 150 min manata yaxınlaşsa, kreditlərin yuxarı həddinə baxa bilərik. İndiki halda ipoteka ilə təmin olunan məbləğin artırılması ölkə iqtisadiyyatına multiplikativ təsir göstərə, daşınmaz əmlak bazarında volatilliliyi artıra bilər. Bizim məqsədimiz aşağı və orta gəlirli vətəndaşlarımızın ipotekaya çıxışının təmin edilməsidir. Əgər kimsə daha yuxarı məbləğdə kredit və yaxud daha bahalı əmlak almaq istəyirsə, bankların daxili ipoteka proqramından faydalana bilər. Fondun məqsədi cəlb edilmiş resurslarla daha çox vətəndaşın mənzil təminatını yaxşılaşdırmaqdır", - deyə o qeyd edib.

Fond rəsmisinin sözlərinə görə, bu gün bazarda ipoteka kreditinə tələb 1,2 milyard manatdır: "Biz bunu vətəndaşların müraciətlərindən görürük və çalışırıq ki, bu tələbi maksimal dərəcədə qarşılayaq".

MONETAR.AZ


Oxşar xəbərlər