Türkiyədə ultra varlıların sayı kəskin artıb

Türkiyədə ultra varlıların sayı

Türkiyədə sərvəti 30 milyon dollardan çox olan ultra varlı şəxslərin sayı son beş ildə təxminən 93,5% artaraq 2174 nəfərdən 4208 nəfərə çatıb. Bu barədə Ekonomim nəşri The Wealth Report 2026 hesabatına istinadən məlumat yayıb. Hesabat Knight Frank tərəfindən hazırlanıb.

Proqnozlara görə, 2031-ci ilə qədər bu göstərici daha 13% artaraq 4772 nəfərə çatacaq. Eyni dövrdə ölkədə milyarderlərin sayının da 31% artaraq 35 nəfərdən 46 nəfərə yüksələcəyi gözlənilir.

Qlobal miqyasda isə son beş ildə ultra varlı insanların sayı 551 435 nəfərdən 713 626 nəfərə yüksələrək 29% artıb. Ümumi artımın 40%-dən çoxu ABŞ-ın payına düşür, ikinci yerdə isə Çin qərarlaşıb.

Bu dövrdə ultra varlıların sayının ən sürətlə artdığı ölkələr Polşa (109% artım) və Qətər (107% artım) olub. Türkiyə üçüncü, Rumıniya isə 93% artımla dördüncü yeri tutub.