Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı?

Hərracda 29 min, bazarda 40 min manat -
10 Oktyabr 2025 10:44

7 noyabr 2025-ci il tarixində saat 10:00-da “Azərikard” MMC-nin balansında olan iki minik avtomobili hərraca çıxarılacaq. Hərrac Bakı şəhəri, Təbriz küçəsi 21, kəsir 23 ünvanında keçiriləcək. Avtomobillər arasında 2019-cu il buraxılışlı Toyota Camry və 2013-cü il istehsalı olan Volkswagen Passat yer alır.

Hərracda Toyota Camry-nin start qiyməti 28 856.7 manat, Volkswagen Passat isə 10 651.5 manat olaraq müəyyən edilib. Hər iki nəqliyyat vasitəsi üçün hərrac iştirakçıları 10% beh məbləği ödəməlidirlər ki, bu da müvafiq olaraq 2,885.67 və 1,065.15 manatdır.

Avtomobil satıcıları Monetar.az-a bildirib ki, 2019-cu il buraxılışlı Toyota Camry modellərinin qiymətləri təxminən 40000-50000 manat arasında dəyişir. Bu isə hərracda təklif olunan qiymətin bazar dəyərindən bir qədər aşağı olduğunu göstərir. Bu da hərraca marağı artıran mühüm amillərdən biridir. Digər tərəfdən, 2013-cü il istehsalı Volkswagen Passat modelləri bazarda 13000-18000 manat qiymətindədir və “Azərikard”ın təklif etdiyi start qiyməti bu rəqəmlərlə uyğunluq təşkil edir. Bu da hərrac iştirakçıları üçün əlverişli seçim imkanı yaradır.

MONETAR.AZ


Oxşar xəbərlər