Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə

10 Oktyabr 2025
11:46
Paytaxt Bakı kənd təsərrüfatı ilə deyil, daha çox sənaye, ticarət və xidmət sektoru ilə tanınır. Lakin təqdim olunan statistikaya nəzər saldıqda maraqlı bir detal ortaya çıxır: Bakıda 2002 və 2003-cü illərdə dənli və dənli paxlalı bitkilər əkilmiş və məhsul götürülmüşdür.
Azərbaycan Respublikasının 2000–2024-cü illəri əhatə edən taxıl məhsuldarlığı (s/ha) statistikası arasında yalnız Bakı şəhəri üzrə 2002-ci ildə 5,2 sentner/ha, 2003-cü ildə isə 3,8 sentner/ha göstəricisi qeydə alınıb. Digər bütün illərdə isə bu sahədə məlumat mövcud deyil – bu isə həmin dövrlərdən sonra Bakıda taxılçılığın ya tamamilə dayandırıldığını, ya da statistik olaraq ölçüləcək qədər əhəmiyyətli olmadığını göstərir.
MONETAR.AZ