Azərbaycan Belarusa kartof satıb

2 Oktyabr 2025
16:17
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Belarusa kənd təsərrüfatı məhsulları ixrac edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddət ərzində ölkə Belarus bazarına 3,15 milyon dollar dəyərində 5692,69 ton kartof tədarük edib.
Belarus idxalçıları da Azərbaycanın digər məhsullarını, o cümlədən 2310,3 ton pomidor, 1244,65 ton fındıq, 1059,03 ton xurma alıblar. Bu məhsullar ənənəvi olaraq Azərbaycanın ixracında mühüm yer tutur və MDB ölkələrində tələbat var. Belarusa da sənaye malları göndərilib. O cümlədən, bu ilin 7 ayında Azərbaycandan 13 530,95 ton propilen və digər kimya məhsulları ixrac edilib.