Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi Keçmiş sovet respublikası qiymət artımına cavab verib Siemens Energy Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin çatdırılmasına kömək edəcək Daşınmaz əmlak sektoruna verilən kreditlər kəskin azalıb Ticarət müharibəsi qızışır: Çin ABŞ gəmilərinə əlavə ödənişlər qoyur Toyota ABŞ-da 393 000-dən çox avtomobilini arxa görüntü kamerası problemlərinə görə geri çağırır OpenAI dünyanın ən dəyərli startapı oldu – 500 milyard dollar Bakıda nə vaxtsa taxıl əkilib? – Rəqəmlərdən çıxan maraqlı nəticə Ticarət tərəfdaşlarının valyutaları manata qarşı bahalaşır Hərracda 29 min, bazarda 40 min manat - Avtomobili haradan almalı? Yeyinti məhsulları ixracında canlanma: artım 20 faizi keçdi

Müasir suvarmanın vəziyyəti Məcnun Məmmədovu qane etmir

Müasir suvarmanın vəziyyəti
1 Oktyabr 2025 15:03

İqlim dəyişmələri kənd təsərrüfatına ancaq təbii fəlakət kimi təsir etmir, eyni zamanda, sosial iqtisadi vəziyyətə də təsir göstərərək əhalinin ərzaq məhsulları ilə təminatını zəiflədir.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğunlaşdırılması” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan iqlim dəyişikliklərini nəzərə alaraq əkilən bitkilərin strukturunun dəyişməsinə, daha dayanıqlı bitkilərin yetişdirilməsinə çalışır.

“İqlim dəyişmələrinə qarşı mübarizə təkcə dövlətin deyil, həmçinin özəl sektorda çalışan fermerlərin, biznes qurumlarının, ictimai təşkilatların da işidir. Bu istiqamətdə dövlət hər növ dəstək verməyə hazırdır. Su resurslarının azalması, sudan səmərəli istifadəni tələb etməklə yanaşı, həm də su idarəçiliyində yeni texnologiyaların tətbiqini zəruri edir. Azərbaycanda suvarılan əkin sahələrinin 12 faizi yeni texnologiyalar əsasında suvarılır ki, bu da qane etmir. Daha geniş ərazilərin yeni texnologiyalar əsasında suvarılması istiqamətində genişhəcmli işlər həyata keçirilir”, - deyə nazir qeyd edib.

Dövlətin aqrar texnologiyanın tətbiqinə xüsusi dəstək verdiyini vurğulayan Məcnun Məmmədov Aqrotexniki İnkişaf Agentliyinin texnologiyaların tətbiqi üçün araşdırmalar apararaq daha geniş sahələri əhatə etməyə çalışdığını bildirib: “Bu işdə dövlət fermerlərə, kənd əhalisinə güzəştli kreditlərlə, torpaq sahələri ayırmaqla dəstəyini gələcəkdə də göstərəcək”.


Oxşar xəbərlər