Neft Fondunun yarım milyonu 3 otağa sərf olunacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iclas otaqları üçün "Video Wall" sistemlərinin satın alınması məqsədilə açıq tender elan edib. Müsabiqənin ehtimal olunan dəyəri 497 min 978 manat 29 qəpik təşkil edir.
Müsabiqənin predmeti "Qarabağ", "Şəffaf" və "Şərq" iclas zalları üçün müasir "Video Wall" sistemlərinin, mərkəzi idarəetmə sisteminin, eləcə də onların quraşdırılması və sazlanması işlərinin satın alınmasıdır.
Tender müsabiqəsi haqqında əsas məlumatlar:
-
Satınalan təşkilat: Azərbaycan Respublikası Dövlət Neft Fondu
-
Müsabiqənin adı: İclas otaqları üçün "Video Wall"ların satın alınması
-
Müsabiqənin nömrəsi: 117054
-
Ehtimal olunan qiymət: 497.978,29 AZN
-
Elan tarixi: 14 avqust 2025-ci il
-
Təkliflərin son təqdim olunma tarixi: 08 sentyabr 2025-ci il, saat 18:00
-
Zərflərin açılışı: 08 sentyabr 2025-ci il, saat 18:00