Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Çinə işgüzar səfəri
3 Sentyabr 2025 20:15

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.

   Monetar.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

   Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola salıblar.


Oxşar xəbərlər