OPEC+ bu gün vacib neft qərarları verəcək

OPEC+ bu gün vacib neft
7 Sentyabr 2025 13:56

   Səkkiz OPEC+ ölkəsi (Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, Oman, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı) oktyabrda neft hasilatını sentyabrdakı səviyyələrdən sutkada 137 min barel artırmaq barədə ilkin razılığa gəlib. Qərarın 2026-cı ilin sonuna qədər qüvvədə olması, nəzərdə tutulan azalmaların əvəzinə gündəlik 1,66 milyon barelə tədricən qayıtmağa hesablanıb.

   Alyansın əsas üzvlərinin artımı təsdiqləyəcəkləri gözlənilir. Oktyabr ayı üçün neft hasilatının parametrləri ilə bağlı OPEC+ onlayn danışıqları bu gün, sentyabrın 7-də Bakı vaxtı ilə saat 16:30-a planlaşdırılıb.

   OPEC+ gözlənilmədən ildə 2,2 milyon barel hasilatı planlaşdıraraq vaxtından tez  bazara nəzarəti bərpa etməyə çalışmışdı. Bu da bazarlarda şok effekti yaratmışdı. Neft qiymətləri bu il təklifin artması səbəbindən artıq 12% ucuzlaşıb, lakin bütövlükdə bazar alyansın yeni strategiyasına davamlı olduğunu sübut edib.

   Bundan əvvəl OPEC+ lideri olan Səudiyyə Ərəbistanı müttəfiqlərini və sənaye nümayəndələrini tədarüklərini azaltmaqla bazarda tarazlığı qorumaq istəmədiklərini rəsmi şəkildə bildirmişdi.


Oxşar xəbərlər