Laos qəhvənin ixracatında dəyişikliyə gedir

Laos prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərə görə ABŞ-a qəhvə tədarükünə yenidən baxmağa qərar verib. Laosun baş naziri Sonsai Siphandonun sözlərinə görə, Laos qəhvə tədarükünün bir hissəsini Rusiyaya yönləndirə bilər. O, bunu Şərq İqtisadi Forumunda deyib.
"Hazırda biz Amerikaya qəhvə tədarük edirik, lakin ABŞ tarifləri bizim məhsullarımızı çox bahalaşdırsa və onlar oradan almasalar, biz Rusiyaya qəhvə tədarükünün həcmini artıracağıq", - Siphandon bildirib.
Son vaxtlar qəhvənin qiymətinin fantastik şəkildə artması fonunda bu məhsulu istehlak etmək olduqca çətinləşib. Belə olan halda Laos qəhvəsinin gələcəkdə hansı istiqamətə gedəcəyindən asılı olaraq həmin ölkədə qəhvənin qiymətində vacib dəyişiklər olacağı qaçılmazdır. İqlim dəyişikliklərinə görə bu məhsulun hasilatında olan kəskin azalmalar, tədarükçü ölkələr arasında qızğın rəqabət yaratmaqdadır.
MONETAR.AZ